Andrey Arşavin Azərbaycana gələcək

Andrey Arşavin Azərbaycana gələcək
XƏBƏR 14 May 2011 / 00:44 2704
-  A +

Rusiya milli komandasının və İngiltərənin "Arsenal" klubunun futbolçusu Andrey Arşavin Azərbaycana gələcək. Qol.Az-ın məlumatına görə, bu barədə 30 yaşlı hücumçunun özü Rusiya mətbuatına müsahibəsində bildirib.

Arşavin səfərinin yay məzuniyyəti dövrünə təsadüf edəcəyini deyib: "Rusiyanın Kemerovo şəhərində, eləcə də Azərbaycan və Özbəkistana getməyə hazırlaşıram. Bunu tam ciddi deyirəm. Kemerovoda xeyriyyə matçı keçiriləcək. Azərbaycan və Özbəkistana isə dostlarım çağırır. Deyirlər ki, oralar gözəldir. Sözsüz ki, bu səfərlər 2-3 günü əhatə edəcək. Məzuniyyət müddətində əsasən doğma Sankt-Peterburq şəhərində olacağam. Mayın 28-də Monakoda "Formula-1" yarışlarını izləmək variantı da var. Amma ora gedişimin baş tutub-tutmayacağını bilmirəm".

Qeyd edək ki, Andrey Arşavin 2009-cu il oktyabrın 14-də Azərbaycan və Rusiya yığmaları arasında Bakıda keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçının iştirakçısı olub. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesabı ilə nəticələnib. Rusiya yığmasının qolunu Andrey Arşavin vurub.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq