Aleksandr Jidkov "Anji"də

Aleksandr Jidkov "Anji"də
XƏBƏR 14 May 2011 / 00:21 5590
-  A +

Azərbaycan milli komandasının və "Neftçi"nin sabiq qapıçısı Aleksandr Jidkov Rusiyanın "Anji" klubunda çalışacaq. Qol.Az-ın məlumatına görə, bu barədə Mahaçqala təmsilçisinin baş məşqçisi Hacı Hacıyev açıqlama verib.

Hacıyev bildirib ki, "Anji"də çoxdan işləmək istəyən Jidkov artıq bu imkanı əldə edib: "Jidkov 1999 - 2001-ci illərdə "Anji"nin qapısını qoruyub. Onun kimi mütəxəssis komandamıza lazımdır. Jidkovun funksiyalarına perspektivdə "Anji"də çıxış etməyə qadir gənc qapıçıların seçimi daxil olacaq".

Qeyd edək ki, Aleksandr Jidkov qapıçı kimi 1984 - 1987-ci illərdə "Neftçi"nin, 1994 - 1998-ci illərdə isə Azərbaycan yığmasının şərəfini qoruyub. Hazırda "Anji"də Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov məşqçi, millimizin keçmiş müdafiəçisi Emin Ağayev isə seleksiyaçı-məşqçi kimi çalışır.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu