Nazim Süleymanovun təəssüfü

Nazim Süleymanovun təəssüfü
XƏBƏR 14 May 2011 / 00:01 1887
-  A +

“Bizim "İnter”lə oyunumuz həmişə çətin olur". Qol.Az-ın məlumatına görə, bunu AZAL klubunun baş məşqçisi Nazim Süleymanov "İnter"lə 0:0 hesablı heç-heçə ilə nəticələnən oyundan sonra deyib.

Süleymanov komandasından razı qalsa da, qol imkanlarından yararlana bilməmələrinə təəssüflənib: Oyun yaxşı alındı, komandadan razı qaldım. “İnter” komandası da yaxşı mübarizə apardı, hər iki komandanın qol imkanları oldu. Lakin, təəssüf ki, istifadə edə bilmədik. Qarşıda daha bir oyunumuz var”.

Qeyd edək ki, AZAL Premyer Liqada son matçını mayın 18-də "Qarabağ"a qarşı keçirəcək.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu