“Araz Naxçıvan” klubu Misli Premyer Liqasında 3-cü yeri təmin edib.
QOL.az xəbər verir ki, bu gün 35-ci turda onlar səfərdə “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəliblər və son turun nəticəsindən asılı olmayaraq, bürünc medal qazanıblar.
Naxçıvan təmsilçisi tarixində ilk dəfə olaraq Avropa kuboklarına - Konfrans Liqasına vəsiqə qazanıb.
Onlar yarışa 2-ci mərhələdən başlayacaqlar. Bu mövsüm daha əvvəl çempion “Qarabağ” və ikinci yeri tutan “Zirə” də avrokuboklarda iştirak hüququ qazanmışdılar.
Azərbaycanın avrokuboklardakı sonuncu 4-cü təmsilçisi kubokun finalının “Qarabağ” - “Sabah” görüşündən sonra dəqiqləşəcək.

Bu arada “Araz Naxçıvan” avrokuboka vəsiqə qazanmaları ilə bağlı paylaşım edib. Paltardəyişmə otağından çəkilən şəkildə komanda üzvlərinin qələbə sevinci əks olunub.

Futbolçu Qara Qarayev isə matçdan sonra komandanın məşqçi və futbolçularının adlarının olduğu lövhəni sosial media hesabında paylaşıb.

Hasan Şaş saxlanıldı
Misli Premyer Liqasında 6-cı turun hakimləri müəyyənləşdi
“Beşiktaş” - “Marsel” matçının heyətləri açıqlandı
İngiltərə İnfantinodan araşdırma tələb etdi
CAF prezidentindən kuboka ev sahibliyi ilə bağlı qəti mövqe
Şamaxıda vurulan 5 qol - Video
İspaniya Superkuboku Türkiyədə keçiriləcək
“Barselona”nın qapıçısı sıradan çıxdı
Azərbaycan millisinin rəqibləri bilindi
2-ci liqada 6 oyunun saatı məlum oldu
“Şahdağ Qusar” liderliyə yüksəldi