Arif Əsədov: "Hücum xəttində problemlərimiz var"

Arif Əsədov: "Hücum xəttində problemlərimiz var"
XƏBƏR 13 May 2011 / 17:33 1851
-  A +

Premyer Liqanın 31-ci turu çərçivəsində "Neftçi" klubu səfərdə Ağdamın Quzanlı qəsəbə stadionunda "Qarabağ"ın qonağı olub. Qol.Az-ın məlumatına görə, rəqibinə 0:3 hesabı ilə məğlub olan "Neftçi" klubunun baş məşçisi Arif Əsədov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:

"İnter"lə oyunda komanda daha yaxşı təsir bağışlayırdı. Bu oyunda isə sürət aşağı idi. Təbii ki, bu da havanın isti olması ilə əlaqədardır. Bu gün əsasən gənclərə şans verdim. Çünki qarşıda bizi Çempionlar Liqası və milli komandanın oyunları gözləyir. Bunu nəzərə alaraq bəzi zədəli futbolçulara istirahət verməli idim.

Hücum xəttində problemlərimiz var. Lakin yaxın vaxtlarda səviyyəli hücumçular transfer etməyi planlaşdırırıq. Hələlik onların adları məlum deyil. "Qarabağ" klubunu isə bu qələbə münasibəti ilə təbrik edirəm və onlara avrokuboklarda uğurlar arzulayıram".

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq