Bir neçə gün sonra "Real" (Madrid) klubuna transfer olunacağı gözlənilən Həmid Altıntopa əvəzləyici axtaran "Bavariya" bu istəyinə Portuqaliyada nail olub. Qol.Az-ın məlumatına görə, "Bavariya" Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Fabio Koentraonu heyətinə qatmağı planlaşdırır.
Artıq "Bavariya" rəsmiləri bu futbolçunun transferi ilə bağlı danışıqlara da başlayıb. "Benfika" klubunun Koentrao üçün qarşı tərəfdən 30 milyon avro tələb etdiyi bildirilir. Lakin Münhen təmsilçisi bu qiymətlə razılaşmayaraq məbləği bir qədər aşağı salmaq niyyətindədir.
"Bavariya" klubu Koentraonu məhz Altıntopun və Riberinin mövqeyində oynatmağı düşünür. Yeni mövsümdə Çempionlar Liqasında çıxış edəcək "Bavariya"nın daha bir neçə futbolçunu heyətinə qatacağı gözlənilir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu