"FA of Moldova Cup" turniri çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Rumıniya və Azərbaycan komandaları arasında keçirilən oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Qol.Az-ın məlumatına görə, Həsənov affa.az saytına açıqlamasında komandasının sonadək mübarizə apardığını vurğulayıb.
Gənc mütəxəssis deyib: "Rumıniya yığmasının turnirdə keçirdiyi ilk oyunu izləmişdik və qarşılaşmanın çətin olacağını bilirdik. Taktikamızı əks-hücum üzərində qurmuşduq. Buna baxmayaraq, istədiyimiz oyunu göstərə bilmədik. Rəqib də bizə istədiyimiz kimi oynamaq imkanı vermədi. İkinci hissənin əvvəlində azlıqda qalmağımız oyun sistemimizi pozdu. Bununla belə, uşaqlar sona qədər mübarizə apardı və nəticədə heç-heçə qeydə alındı".
Qeyd edək ki, 0:0 hesabı ilə nəticələnən görüşün 48-ci dəqiqəsində Ruslan Nəsirli qırmızı vərəqə alaraq millimizi azlıqda qoyub.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...