Rumıniya 10 futbolçu ilə qalan millimizlə bacarmadı

Rumıniya 10 futbolçu ilə qalan millimizlə bacarmadı
XƏBƏR 13 May 2011 / 00:01 2075
-  A +

Moldovanın paytaxtı Kişinyovda təşkil olunan "FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi rumıniyalı həmyaşıdları olub.

Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. 48-ci dəqiqədə Ruslan Nəsirli qırmızı vərəqə ilə cəzalandırıldığı üçün komandamız azlıqda qalıb.

Yığmamız turnirdə son oyununu mayın 14-də, Bakı vaxtı ilə saat 14:30-da Moldova komandasına qarşı keçirəcək.

Son xəbərlər
20.09.24  18:31

"Kəpəz"də ciddi itki

20.09.24  17:57

Kompani narazıdır