Ağdamın "Qarabağ" klubu artıq "Neftçi" ilə oyuna hazırdır. Qol.Az-ın məlumatına görə, sabah Premyer Liqanın 31-ci turunda paytaxt klubunu qəbul edəcək "Qarabağ" oyunöncəsi son məşqini edərək hazırlıqlarını tamamlayıb.
"Qarabağ" klubu bu gün Quzanlıya gəlib. Səhər 9-da Bakıdan ayrılan komanda 13:45-də Ağdamın müvəqqəti inzibatı mərkəzinə çatıb. Öncə komanda meydançaya çıxaraq qısaca qazonun durumuna nəzər salıb. Ardınca günorta yeməyini yeyən komanda istirahətə yollanıb.
Günün yeganə çalışması 17:00-da baş tutub. Buna qədər isə artıq tribunalara yığışmış 200-dən çox azarkeş komandanı gözləyirdi. Futbolçular meydana elə azarkeşlərin alqışlarıyla daxil olublar. Komandanın baş məşqçisi Qurban Qurbanov öncə futbolçularla qısaca söhbət edib. Sonra isə yüngül qaçışın ardından 3 qrupda "kvadrat" oynanılıb.
Məşqin sonunda isə 2 qapıya kiçik oyun baş tutub. Vüqar Nadirovun vurduğu qollar azarkeşlərin alqışına səbəb olub. Beləliklə, "Qarabağ" məşqini bitirərək kompleksdə oyun saatını gözləməyə başlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu mayın 13-də saat 15:00-da baş tutacaq.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...