Mayın 11-i Çeçenistan paytaxtı Qroznıdakı Əhməd Kadirov adına yeni stadionun təntənəli açlışı keçirilib. Stadionun açılış mərasimiylə bağlı Çeçenistan prezidenti Ramzan Kadyrovun kapitanı olduğu «Kavkaz» komandası, dünya ulduzlarından ibarət yığmanı 5: 2 hesabı ilə məğlub edib.
OYUN PLANLAŞDIRILDIĞINDAN 3 SAAT GEC BAŞLAYIB
Futbola azarkeşlik etmək üçün üzərində Ramzan Kadyrovun şəkilləri olan minlərlə gəncin stadiona gətirildiyi deyilir. Oyun başlamamışdan öncə stadionda konsert keçirilib. Yerli və xarici müğənnilər rus, ingilis və çeçen dillərində mahnılar oxuyublar.
Diego Maradonanın kapitanı olduğu Dünya yığmasında Luis Figo, McManaman, Ivan Zamorano, Fabienne Bartez, Franko Barezi, Alessandro Costacurta, Reberto Ayala, Jean-Pierre Papin kimi keçmiş futbol ulduzları meydana çıxıblar.
Oyunda ilk qolu 13-cü dəqiqədə qonaqlar vurub. İvan Zamorano fərqlənib.
ULDUZLARIN SÖNMƏSİ
Beş dəqiqə sonra «Kavkaz» qapısından ikinci topu buraxıb. Qolun müəllifi Dieqo Maradona olub. Bundan sonra «ulduzlar» necə deyərlər sönməyə başlayıblar.
Qapısından buraxılan 2 qola «Kavkaz» beş topla cavab verib. Anzor İsmayılov, Timur Cəbrailov, Andrey Fedkov hərəyə bir qol vurublar. Zaur Sadaev isə iki dəfə fərqlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...