Premyer Liqanın 27-ci turu çərçivəsində “Xəzər-Lənkəran”a qarşı keçirilən matçda “İnter”in yarımmüdafiəçisi Rövşən Əmiraslanov ciddi zədə alaraq ayaq barmağını sındırmışdı. Qol.Az-ın məlumatına görə, bərpa prosesi gözlənildiyindən də tez olan Rövşən artıq 3 gündür ki, ümumi qrupda məşq edir.
Futbolçu zədəsi və komandasının çıxışı haqda klubun rəsmi saytına danışıb:
-“Xəzər-Lənkəran”la matçda xoşagəlməz zədə aldın. Bu, necə baş verdi?
-Birinci hissənin sonuna yaxın ev sahiblərinin oyunçusu iki ayağıyla mənə zərbə endirdi. Mən yıxıldım və oyunu davam etdirə bilmədim. Sonra aydın oldu ki, zədəm ciddidir. Lakin həmin epizodda mənə sarı vərəqə göstərən hakimin reaksiyasına təəccübləndim. Çox güman ki, o simulyasiya etdiyimi düşünmüşdü.
-Bərpa prosesi necə keçir?
-Əla. Klubun tibbi heyəti tez bərpa olunmağım üçün əlindən gələni edir. Deyə bilərəm ki, bir müddət ayrı proqram üzrə məşq etdim, 4 gün öncə isə ümumi qrupda məşq keçirəm.
-Yeri gəlmişkən, demək olar ki, Lənkəran şəhər stadionu sənə düşmür. “Xəzər-Lənkəran”la ilk səfər matçında da kifayət qədər zədə almışdın...
-Yox, belə şeylərə inanmıram. Bu, sadəcə təsadüfdür. Futbolda belə hadisələrə tez-tez rast gəlmək olar.
-Təəssüf ki, zədəni yaxşı formaya düşməyə başladığın zaman aldın...
-Bəli, razıyam. Əlbəttə, adama ağır gəlir, ancaq nə etmək olar. Yəqin bu, taledir, belə olmalı idi.
-Bu mövsümdə “İnter”in 3 oyunu qalıb: 2 qarşılaşma çempionatda və kubokun final matçı. Bu oyunlarda səni meydanda görə biləcəyikmi?
-İnşallah. Məni zədə narahat etməsə, əgər ağrılar yaranmasa və əgər məşqçi heyətdə mənə etibar edərsə, o zaman, məsələn, “Bakı” ilə oyunda niyə də meydana çıxmayım?
-Sənin meydanda olmadığın müddətdə komandanın çıxışı barədə nə deyə bilərsən?
-AZAL ilə yarımfinal matçı çox mürəkkəb alındı. Ümumiyyətlə, bu komandayla bu mövsümdə bütün qarşılaşmalar çox gərgin mübarizə şəraitində keçir. Bununla belə, komandamıza finala çıxmaq müyəssər oldu və bununla bağlı komandamızı təbrik edirəm.
Finalda bizi “Xəzər-Lənkəran”nın simasında çox çətin rəqib gözləyir. Bu komanda ölkədə ən yaxşı komandalardan biridir, onlar yaxşı komplektləşdirilmiş heyətə malikdirlər və rəğbət doğuran futbol oynayırlar. Odur ki, bizi asan olmayan matç gözləyir. Qələbəyə ümid edəcəyik. İnşallah, Azərbaycan kubokunu bu il məhz biz əldə edərik.
-Bununla yanaşı, Azərbaycan çempionatını da diqqətdən kənar saxlamaq olmaz. “İnter”ə 4-cü yeri tutmaq lazımdır. Axı, müəyyən bölgüdə məhz bu mövqedə olan komandaya Avropa Liqasına vəsiqə qazanmaq müyəssər olacaq...
-4-cü yer uğrunda mübarizədə əsas rolu cümə günü AZAL ilə keçirəcəyimiz qarşılaşma oynayacaq. Biz bu qarşılaşmada qalib gəlmək üçün bütün səylərimizi ortaya qoymalıyıq. Biz turnir cədvəlində 4-cü yerdə qərarlaşmalıyıq. Avropaya gedən yolumuz bu məsələdən də asılı olacaq.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama