Türkiyə millisinin və Almaniyanın “Bavariya” komandasının futbolçusu Hamit Altıntop mayın 17-də İspaniyanın “Real Madrid” klubu ilə müqavilə imzalayacaq. Qol.Az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, anlaşma 4 il müddətini əhatə edəcək.
Altıntop hər mövsümünə 2,4 milyon avro əmək haqqı alacaq. Bundan əlavə, keçirəcəyi oyunların sayı və qazanacağı kuboklar qarşılığında 29 yaşlı yarımmüdafiəçinin maaşı artacaq. Futbolçunun özü və komanda yoldaşları bu xəbərə şərh verməyiblər.
Yalnız o məlumdur ki, Altıntop mayın 14-də Münhendəki “Alyans Arena”da “Bavariya”nın “Ştutqart”la keçirəcəyi Almaniya çempionatının 34-cü tur matçında baş məşqçi əvəzi Andris Yonkerdən heç olmasa 5 dəqiqə oynamasına icazə istəyib. O, azarkeşlərlə bu cür vidalaşmaq istəyir.
Qeyd edək ki, Hamit Altıntopun “Bavariya” ilə müqaviləsi iyunun 30-da başa çatır. Təcrübəli futbolçu Münhen klubu ilə anlaşma müddətini uzatmaqdan imtina edib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...