"Barselona" və "Real" (Madrid) klublarının sabiq futbolçusu Luis Enriqe yeni mövsümdən Madrid "Atletiko"sunu çalışdıracaq. Qol.Az-ın məlumatına görə, "Atletiko" klubunun prezidenti Enriko Kerezo mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq Kiki Sançez Florezin yerində məhz Luis Enriqeni görmək istəyib.
2004-cü ildə futbolçu karyerasına nöqtə qoyan Enriqe 2008-ci ildən "Barselona"nın B komandasını çalışdırıb. "Hetafe", "Sevilya" və "Valensiya" kimi klublarla adı hallanan Enriqenin yaxın günlərdə "Atletiko" ilə rəsmi müqavilə imzalayacağı bildirilir.
Qeyd edək ki, Enriqe 1991-1996-cı illərdə "Real" (Madrid), 1996-2004-cü illərdə isə "Barselona" klublarında çıxış edib. Karyerası ərzində 400 oyuna çıxan Enriqe 102 dəfə rəqib qapılarına yol tapıb.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...