Premyer Liqanın son turunda “Qarabağ”ın “Xəzər Lənkəran”la keçirilmiş matçından sonra sağ ayağında əmələ gələn şiş səbəbindən Ağdam təmsilçisinin hücumameylli yarımmüdafiəçisi Vüqar Nadirov komandanın dünənki məşqini buraxsa da, bu gündən çalışmalara başlayıb.
Klubun həkimi Sədrəddin Məmmədovun Qol.Az-a verdiyi məlumata görə, Vüqar bu zədəni bir müddət əvvəl Premyer Liqa oyunlarının birində alıb. Ancaq zədə özünü bir müddət sonra biruzə verib. Müvafiq tibbi müdaxilədən sonra Nadirovun ayağında əmələ gələn iş aradan qaldırılıb. Onun mayın 13-d Quzanlı qəsəbə stadionunda “Neftçi”yə qarşı matçda meydana çıxmasında heç bir problem yoxdur.
Bu arada uzun müddətdi “Qarabağ”ın düşərgəsindən uzaq düşən qapıçı Sahil Kərimov da komanda ilə birgə məşqə başlayıb. Ancaq o, hələ də toplu çalışmalardan uzaq, yüngül qaçışla kifayətlənir. Çünki oyunçunun sağ ayağının “lotereyal” bağı qopduğundan həkimlər məşqlərə icazə vermir. Kərimovun bir aydan sonra tam olaraq sağalıb sıraya dönəcəyi gözlənilir.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu