“Hazırda mövsüm bitdikdən sonra “Qarabağ” klubu ilə müqaviləmin müddəyini daha bir neçə il müddətinə uzatmaq istəyirəm”.
Bu sözləri Qol.Az saytının müxbiri ilə söhbətində Ağdam klubunun dayaq yarımmüdafiəçisi Namiq Yusifov bildirib.
Bu mövsüm hazırkı komandası ilə müqaviləsi başa çatan Yusifov başqa klublardan təklif almadığı söyləyib.
«Gəlsə belə, bundan imtina edərəm. Çünki özümü “Qarabağ”da daha yaxşı hiss edirəm. Eyni zamanda əsas heyət oyunçularından biriyəm. Bu, məni “Qarabağ”a daha çox bağlayır. Eyni zamanda “Qarabağ”ın son illərdə Avroliqada göstərdiyi uğurlarda mənim də payım olub. Məhz sadaladığım cəhətlər məni bu komandayla daha da irəli getməyə sövq edir” – deyə N.Yusifov bildirib.
O deyib ki, klubun rəhbərliyi də onu komandada saxlamaqda maraqlıdır.
Yusifov sonda zarafatından qalmayaraq “əgər məni qovmasalar, “Qarabağ”da qalacağam” deyib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu