Frants Bekenbauer, Bobbi Çarlton, Demetrio Albertini, Kafu, Fernando Yerro və digər məşhur veteran futbolçulardan ibarət “FİFA-2014” işçi qrupu ilk görüşünü keçirib. Qol.Az-ın FİFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə futbol qaydalarına bir sıra dəyişikliklərin edilməsi təklif olunub.
Dəyişikliklər icazə verilən oyunçu əvəzləmələri sayı, oyundankənar vəziyyətin müəyyənləşdirilməsi və “son ümid folu” ilə əlaqədar cəzalandırılmanı əhatə edə bilər. İşçi qrupunun üzvləri ilk növbədə, gənclərdən ibarət komandalar arasındakı oyunların əlavə vaxtında dördüncü əvəzləməyə razılıq verilməsini təklif ediblər.
Cərimə meydançasında penalti, qırmızı vərəqə və diskvalifikasiyadan ibarət üçqat cəzalandırılmaya da baxıla bilər. Təklif edilib ki, yalnız futbolçunu qol vurmaq imkanından məhrum edən kobud qayda pozuntuları qarşılığında üçqat cəzalandırılma saxlanılsın. Digər hallarda sarı vərəqə və penalti ilə kifayətlənmək də olar.
17 yaşadək yeniyetmələr arasında əlavə vaxtın ləğvi, penaltilər seriyasının isə oyundan dərhal sonra yerinə yetirilməsi istənilib. Habelə, qadın hakimlər və qadın məşqçilərin dünya futbolundakı sayının artırılması təklif edilib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu