2018-2022-ci illərdə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələrin adlarına aydınlıq gəlsə də, bu barədə yaranmış qalmaqal səngimək bilmir. Qol.Az-ın məlumatına görə, 2018-ci il mundialının ev sahibliyinin Rusiyaya verilməsi ilə heç cür barışmayan İngiltərə bu günə kimi FİFA-ya qarşı mübarizəsini davam etdirir.
İngiltərə Futbol Federasiyasının sabiq prezidenti Lord Tresman rüşvət iddiası ilə yenidən aranı qarışdırıb. Onun sözlərin görə, səsvermədən öncə FİFA-nın İcraiyyə Komitəsinin 4 üzvü səs toplamaları üçün ingilislərdən rüşvət tələb edib. İngilislər isə bundan imtina etdikləri üçün mundialın ev sahibliyi Rusiyaya həvale olunub.
O, eyni zamanda 2022-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qətərin də FİFA-nın 2 üzvünə rüşvət verdiyini açıqlayıb. Tresman bunlarla bağlı əlində faktlar olduğunu da vurğulayıb.
FİFA-nın prezidenti Yozef Blatter isə həmin faktları görmək istədiyini bildirib. İngiltərənin İdman naziri Haq Robertson isə FİFA-dan rüşvət iddialarını ciddi şəkildə araşdırmasını tələb edib. Əks təqdirdə İngiltərənin FİFA üzvlüyündən çıxacağını gizlətməyib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu