Zədəsi səbəbi ilə "Real"ın əsas heyətindən kənar qalan Kakanın mövsümün sonunda komandadan ayrılacağı gözlənilir. Qol.Az-ın məlumatına görə, Nuri Şahinin də "Real"a transferi ilə işi daha da çətinə düşən Kakanın İngiltərəyə gedəcəyi bildirilir.
Bu haqda xəbəri Kakanın anası yayıb. Dünyada geniş istifadə olunan "Twitter" sosial şəbəkəsində Kakanın anası Simone Leytenin maraqlı açıqlamaları diqqəti cəlb edib. "Yeni mövsümdən İngiltərədə olacağıq. Tanrıdan özümə və oğluma kömək diləyirəm. Artıq avqust ayında Londona gedəcəyik və orada yaşamağa başlayacağıq".
Leyte bununla Kakanın artıq Londonun "Çelsi" klubu ilə anlaşdığını ifadə etmək istəyib. Kakanın hər zaman anası ilə birgə yaşaması yayılan bu xəbərlərin doğruluğuna şübhə yaratmayıb. Ana hər dəfə "Twitter"də oğlunun "Çelsi" ilə anlaşdığını iddia edir. Bu xəbərlərin nə dərəcədə doğru olduğuna isə yaxın zamanlarda aydınlıq gələcək.
Qeyd edək ki, Kaka 2007-ci ildə astronomik təzminat müqabilində "Milan"dan "Real"a transfer olmuşdu.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu