«Qəbələ» yay fasiləsində bir sıra yerli və əcnəbi futbolçunu heyətinə cəlb etmək istəyir. Bu haqda Qol.Az-a klubun meneceri Zaur Əzizov məlumat verib.
O bildirib ki, baş məşqçi Toni Adamsın heyətdə görmək istədiyi futbolçular sırasında «Qarabağ»ın və millinin gənc hücumçusu Vüqar Nadirov da var.
Z.Əzizov Vüqarla hələlik danışıqlar aparmadıqlarını desə də, bu futbolçunun onların maraq dairəsində olduğunu təsdiqləyib: «Bundan əvvəl millinin oyunçuları olan Mahir Şükürov və Vurğun Hüseynovu heyətimizə cəlb etmişik. Vüqar da yığma komandamızın üzvü olduğundan onu heyətimizdə görmək istəyirik».
«Qəbələ» tərəfindən Vüqar Nadirova 300 min dollar təklif olunmasıyla bağlı yayılan xəbərlərə münasibətini bildirən klub rəsmisi «biz hələ danışıqlara başlamıdığımızdan aramızda pul söhbəti də olmayıb» - deyib.
Xatırladaq ki, Vüqar Nadirovun hazırkı klubu «Qarabağ»la müqaviləsi bu ayın sonu başa çatır. Futbolçunun doğma komandasında qalıb-qalmayacağı hələlik qətiləşməyib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu