Premyer Liqanın 30-cu turunun «Xəzər Lənkəran»la səfər matçının son dəqiqələrində «Qarabağ»ın hücumçusu Vüqar Nadirov ayığından zədə alıb.
Qol.Az-ın məlumatına görə, futbolçu bu səbəbdən komandanın bugünkü məşqində iştirak etməyib.
Ayağı şişən futbolçunun mayın 13-də «Neftçi»ylə keçiriləcək matçda iştirakı sual altındadır.
Qol.Az-ın müxbiri ilə söhbətində Vüqar Nadirov «Qarabağ»ın yenidən Quzanlıya qayıtmasına münasibət bildirib. O deyib ki, bir ağdamlı olaraq doğma torpaqda oynamaq onun üçün çox xoşdur.
«Artıq bir ilə yaxındır “Qarabağ” Quzanlı qəsəbə stadionunda oyun keçirmir. Məhz buna görə də, biz Ağdam camaatını gözəl oyunla sevindirmək istəyirik. Onlar çoxdandı bu dönüşün həsrətini çəkir. Ancaq çox təəssüf ki, “Qarabağ”ın Rremyer Liqanın son turunda “Xəzər Lənkəran”a qarşı keçirilmiş matçından sonra sol ayağımdakı ağrı şişə çevrildi. Bu da mənim “Neftçi” ilə növbəti turun matçına çıxmağımı sual altına qoyur. Ancaq həkim müayinəsindən sonra bu daha dəqiq bilinəcək. Çalışıb bu problemi aradan qaldıracağam ki, Ağdamda «Neftçi»ylə matçda mən də meydana çıxanlar arasında olum» - deyə V.Nadirov bildirib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu