Təbriz Həsənov: "Komanda bu gün əsl xarakter nümayiş etdirdi"

Təbriz Həsənov: "Komanda bu gün əsl xarakter nümayiş etdirdi"
XƏBƏR 10 May 2011 / 17:05 1538
-  A +

"FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk görüşünü Litvaya qarşı keçirib. Qol.Az-ın məlumatına görə, millimizin 2:1 hesabı ilə qalib gəldiyi oyundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov AFFA.az saytına fikirlərini bildirib:

"Süni örtüklü meydanda keçirdiyimiz oyunlardan sonra təbii ot üzərində çıxış etməyimiz bizə müəyyən mənada çətinliklər yaratdı. Rəqib birinci hissədə cəmi bir dəfə hücuma keçdi və təəssüf ki, həmin epizodda qol vura bildi.

Fasilədən sonra isə komandamız əsl xarakter nümayiş etdirdi. Kifayət qədər qol epizodu yaratsaq da, cəmi 2 dəfə fərqlənə bildik. Qələbə münasibətilə komandamızı təbrik edirəm".

Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq