“Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyev Misli Premyer Liqasının 30-cu turunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
- Oyuna pis başladıq. “Neftçi” daha aktiv idi, biz isə çoxlu səhvə yol verdik, xeyli top itkimiz oldu. Rəqib də bundan faydalanıb, ardıcıl iki qol vurdu. Yalnız hesabda 2 top fərqi ilə geri düşdükdən sonra özümüzə gəlməyə başladıq. İkinci hissədə oyuna nəzarəti tam ələ aldıq və layiqli qələbə qazandıq.
- Siz ikinci hissənin əvvəlində, “Zirə” hesabda geri olarkən meydana daxil oldunuz. Rəşad Sadıqov sizə konkret hansı tapşırıqları vermişdi?
- Mənə verilən tapşırıq mərkəzdə dinamikliyi artırmaq, ikinci topları götürmək idi, eləcə də hücumlarda aktiv iştirak etməli idim. Düşünürəm ki, ümumi olaraq alındı.
- Dördüncü qolu məhz siz vurdunuz. Fərqləndikdən sonra düşündünüz ki, bu, artıq qələbədir?
- Düzdür, bu qol bizi çox rahatlaşdırdı. Çünki hesab arasındakı fərq artıq iki topa çatdı. Bununla belə, matçın taleyinin həll olunduğunu düşünmədim. Buna görə də oyundan qopmadıq, sona qədər konsentrasiyamızı qoruduq. Belə olmasaydı, bəlkə də qələbəni əldən verərdik.
- Üçüncü pillədə qərarlaşan “Araz-Naxçıvan” sizdən öncə meydana çıxmışdı və səfərdə “Kəpəz”lə oyunda xal itirmişdi. Bu məqam motivasiyanızı daha da artırmışdı?
- Bəli, oyundan öncə “Araz-Naxçıvan”ın xal itirdiyini bilirdik və bu, bizə bir qədər də motivasiya verdi. Hətta deyərdim ki, ikiqat motivasiya oldu. Bilirdik ki, qələbə qazansaq, üçüncü pillə ilə aramızdakı xal fərqi altıya çatacaq.
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?
- Çox çətin perioda giririk. Sona 6 tur qalıb. Xal itirmək olmaz. Hər xal itkisi bizə baha başa gələ bilər. Həmin matça da çox ciddi yanaşacağıq.
- Sona 6 tur qalıb və qeyd etdiyiniz kimi, üçüncü pillədən altı xal öndəsiniz. Demək olar ki, “Zirə” yenidən gümüşü medalı qazanmağa doğru gedir?
- Ötənilki nəticəmizi təkrarlamağa yaxınıq. Lakin indidən əminliklə nəsə demək olmaz. Çünki sona hələ 6 tur var, bu isə 18 xal deməkdir. Üstəlik, sonda “Araz-Naxçıvan”la da oyunumuz var. Onlarla şəxsi oyunlarda üstünlüyümüz də yoxdur ki, arxayınlaşaq.
- Düşünmək olar ki, Avroliqaya yollanmaq baxımından kubokda “Qarabağ”a azarkeşlik edəcəksiniz?
- Bəli, düzünü demək lazımdır, kubokda “Qarabağ”a azarkeşlik edəcəyik. Çünki bizim Avroliqaya yolumuz Ağdam klubunun kuboku qazanmasından keçir.
- “Sabah”da ehtiyatda qalırdınız, “Zirə”yə keçməklə oyun baxımından daha da artırdınız. Demək olar ki, bu dəyişiklik karyeranızla bağlı doğru addım idi?
- Bəli, razıyam bu fikirlə. Daha çox oynamağa başladım, baş məşqçi mənə daha çox güvənməyə başladı. “Zirə”də oynayandan sonra milli komandaya daim dəvət almağa başladım. Ona görə də “Sabah”dan “Zirə”yə keçidi karyeramda irəli addım saymaq olar.
"Ayntraxt"ın yeni baş məşqçisi məlum oldu
"Barselona"da yeni müqavilə - Rəsmi
Ruben Diaşın evi qarət olundu
"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı açıqlandı
Massumonun het-triki, Almeydanın dublu - Video
Peşəkar Futbol Liqasından yeni layihə
"Qəbələ"nin məşqçisi: "Təhlükəli zonadan çıxmalıyıq"
Jorj Kaşkilya: "Buradan xalla ayrılmalı idik"
Qurban Qurbanovdan bugünkü püşkə münasibət
“Öz oyunumuzdan, yolumuzdan dönməyəcəyik” - Tahir Gözel
"Mən azərbaycanlıyam!” deyib rəqibinə meydan oxudu - Video
Millimizin təlim-məşq toplanışı başladı
"Qəbələ" "İmişli"yə, "Sumqayıt" "Karvan-Yevlax"a qalib gəldi
"Şamaxı"da ayrılıq
Qurban Qurbanov Nyukaslda: 21 il əvvəl - Video
"Qalib gəlsək də, oyundan tam razı deyiləm" - Saşa İliç
"Sumqayıt" "Karvan-Yevlax"a belə qalib gəldi - Video
Avropa Liqasında pley-off cütləri müəyyənləşdi
Qəbələdə heyətlər açıqlandı
Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atıldı
"Qarabağ"ın rəqibi müəyyənləşdi - Yenilənib
UEFA Kütləvi Futbol Mentoru ilə AFFA-da görüş
"Karvan-Yevlax" - "Sumqayıt": Heyətlər
Azərbaycanda oynamış futbolçu İranda həbs edildi
Bundesliqa klubu Fransadan futbolçu aldı
"Fənərbaxça"dan "Dinamo"ya keçdi
Verner MLS klubuna keçdi
Avropa Liqasının Liqa mərhələsinin bombardirləri
"Fənərbaxça"nın heç-heçəsi - Video
Avropa Liqasında Liqa mərhələsinə yekun vuruldu
"Baş məşqçi olmaq istəməzdim"
Afrikada oynayan azərbaycanlı futbolçu "Qəbələ"də - Rəsmi
Almaniyalı hücumçu MLS klubunda
Sabiq klubu Qurban Qurbanovu təbrik etdi
Matçda dava düşdü, iki klub da cəzalandırıldı
Haaland, Rays, Fernandeş...
Avrokubokla vidalaşan klub baş məşqçisini göndərir?
"Qarabağ"a qol vuran futbolçu ÇL-də rəmzi komandaya düşdü
"Kayrat" aparıcı oyunçusu ilə sağollaşdı
A Seriyası futbolçusu "Beşiktaş"a keçir
Reşford Messini geridə qoydu