AFFA daha bir layihəyə start verdi

AFFA daha bir layihəyə start verdi
XƏBƏR 10 May 2011 / 15:46 1543
-  A +

AFFA, Liverpul Universiteti və FMMİ şirkətinin əməkdaşlığı çərçivəsində AFFA-nın Futbol İdarəçiliyi Təlim Proqramının giriş mərhələsinə start verilib. Qol.Az-ın məlumatına görə, mayın 13-dək davam edəcək tədbirdə AFFA-nın və "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran", AZAL, "Qarabağ", "İnter", "Bakı", "Turan" klublarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, bu ilin fevral ayında AFFA-nın baş katibi Elxan Məmmədov Liverpul şəhərində eyniadlı universitetin futbolun idarə edilməsi üzrə proqram direktoru, professor Geoff Pirson ilə görüşmüş, Liverpul Universitetinin professorlarının Azərbaycana gələrək AFFA-nın, ölkə klublarının əməkdaşları və futbol ictimaiyyətinin nümayəndələri üçün müxtəlif idarəetmə sistemi üzrə müvafiq qruplar əsasında kurslar keçirməsi barədə ətraflı müzakirələr aparmışdı.

Son xəbərlər