"Barselona" klubunun təcrübəli yarımmüdafiəçisi Xavi Hernandez maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, Xavi "Barselona"nın ardıcıl olaraq 3-cü dəfə La Liqanın qalibi olmasını çox istədiyini və bunu haqq etdiklərini bildirib:
"Bu mövsüm də çempionluğa çox yaxınıq. "Real"ın növbəti oyunda xal itirəcəyini düşünmürəm. Təbii ki, bu futboldur. Burada hər şey baş verə bilər. Bununla belə, bizi növbəti oyunda 1 xal da qane edir. Lakin "Barselona" meydana 1 xal üçün çıxan komanda deyil.
Biz komanda olaraq bu çempionluğu haqq edirik. Bu vəziyyətə gəlib çıxmaq üçün mövsüm boyu çox çalışmışıq və hazırda bunun bəhrəsini görmək üzərəyik. Ümuimiyyətlə, mövsümün sonunda çəkdiyin əziyyətin bəhrəsini görmək çox qürurverici bir hissdir".
Qeyd edək ki, 1998-ci ildən "Barselona"ın şərəfini qoruyan Xavi meydana çıxdığı 382 oyunda 38 dəfə fərqlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi