“Turan”ın son illərdəki durumu hamıya məlumdur. Komanda artıq 4 ildir ki, min bir əziyyətlə elitada qalmaq uğrunda mübarizə aparır. Klubun keçmiş vitse-prezidenti Yaşar Sultanovun dili ilə desək, “Çempionatda oynamaq xatirinə oynayır”.
Təbii ki, bunun kökündə güclü maddi dayaqların olmaması durur, amma mənim bu yazıda toxunmaq istədiyim məsələ tamam başqadır. Bildiyiniz kimi, Premyer Liqa komandaları 2010-cu ildə qış fasiləsinə yollanarkən “Turan”la “Simurq” eyni xala malik idilər. Hətta Zaqatala klubu aşkar autsayder MOİK-ə gözlənilmədən evdə xal bağışlamasaydı, tovuzlular köhnə ili 11-ci pillədə başa vuracaqdılar. Bir sözlə, vəziyyət çox gərgin idi və təcili çıxış yolu tapılmalı idi. Bu ağır vəziyyətdə rəhbərlik komanda üçün heç də yad sima olmayan Naci Şensoya üz tutdu. Daim Azərbaycana, “Turan”a olan sevgisini aşkar şəkildə büruzə verən Şensoy isə komandanı çox ağır vəziyyətdə qəbul etdi və onu Premyer Liqada saxlayacağına söz verdi. Nəticədə çempionatın bitiminə 3 tur qalmış “Turan” elitadakı yerini təmin etdi və ən yaxın izləyicisi “Simurq”u da 9 xal qabaqladı. Bunun müqabilində komanda rəhbərliyinin Şensoya təşəkkürü isə çox orjinal oldu: “Sənə yaxşı yol”.
Açığı, bu xəbər məni şoka saldı. Komandanı ən ağır vəziyyətdə qəbul edib, ağır şərtlər altında onu elitada saxlayan məşqçiyə qapını göstərmək ona qarşı olacaq ən böyük haqsızlıq idi. Şensoy açıqlamasında bu addımın şəxsən klub prezidenti Musa Süleymanov tərəfindən atıldığını bildirib. Guya Süleymanov səbəb kimi əvəzedici komandanın nəticələrindəki geriləməni göstərib. Futboldan az-çox anlayışı olan insan o dəqiqə başa düşər ki, bu, olduqca gülünc və məntiqsiz bir səbəb olardı. Birincisi, Şensoy əsas komandanın baş məşqçisi idi və ilk növbədə buradakı işinə cavabdeh idi və onun da öhdəsindən gəldi. İkincisi, “Turan”ın əvəzedici komandası bacardığı qədər çempionluq mübarizəsi ortaya qoysa da, sonda birinciliyi “Bakı”ya təhvil verdi və ikinci pilləyə endi. Tovuz futbolunun hazırkı şərtlərində əvəzedici komandanın 2-ci pilləni tutması çempionluğa bərabərdir. Bunun üçün kimisə ittiham edəndə öncə “Turan”ın şəraiti, maddi durumu, bazası, stadionu ilə “Bakı”nın şəraitini müqayisə edib sonra ittiham etmək lazımdır. Kimlərsə “Turan”ın son turlardakı uğursuzluğunu səbəb göstərə bilər, ancaq bu da əsassız səbəbdir. Çünki bir daha deyirəm, əsas komandanı Premyer Liqada saxlamaq idi ki, Şensoy da vaxtından əvvəl bunun öhdəsindən gəldi. Məğlubiyyətin səbəblərini isə məncə, baş məşqçidə axtarmaq lazım deyil. Bizdə olan məlumata görə, neçə aydır ki, futbolçular maaş almırlar. Şensoy özü də son açıqlamasında bunu etiraf edib. Bundan başqa, “Çempion”a müsahibəsində Qvelesiani məhz maaşını ala bilmədiyi üçün “Turan”dan ayrıldığını bildirmişdi. Sizcə, futbolçusuna maaş verməyən klub hansı əsasla ondan və baş məşqçidən nəticə tələb edə bilər? Əgər Şensoyun AFFA tərəfindən diskvalifikasiyasını səbəb kimi göstərən varsa, o zaman bu məntiqlə “Xəzər Lənkəran” Redniki, “İnter” Sxadadzeni, AZAL isə Nazim Süleymanovu istefaya göndərməlidir. Səbəb baş məşqçinin futbolçuları söyməsi göstərilirsə, o zaman Əhməd Ələsgərov heç bir klubda işləməməli idi.
Bir daha deyirəm, Azərbaycanı sevən, bəzi legioner məşqçilərdən fərqli olaraq, futbolumuzun inkişafını düşünən, bu yolda əmək sərf edən, can yandıran birinə bu cür münasibət ancaq təəssüf doğurur. Mən inanmıram ki, Tovuz azarkeşləri Şensoyun gedişinə sevinsinlər. Çünki Şensoy “Turan”ı və onun azarkeşlərini çox sevir. Elə azarkeşlər də hər dəfə tribunalardan “Şensoy, Şensoy” şüarlarını səsləndirməklə bu mütəxəssisə olan sevgilərini göstəriblər. Amma klub rəhbərliyinin “sevgisi” tamam başqa oldu. Doğrudur, Musa Süleymanov ən çətin vaxtında “Turan”a sahib çıxdı, onu dağılmağa qoymadı. Amma istənilən halda Şensoya qarşı edilən son hərəkətin haqsızlıqdan başqa adı yoxdur.
Anar XANLAROV, "Çempion" qəzeti
"Mən səni çox sevirəm"
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu