Slovakiyanın paytaxtı Bratislavada keçirilən sərbəst güləş üzrə Avropa çempionatının mükafatlandırma mərasimi zamanı qalmaqal yaşanıb.
QOL.az-ın “Voľnaya borba” Teleqram kanalına istinadən yaydığı xəbərə görə, hadisə Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvilinin iştirakı ilə baş verib.
Rusiya idmançıları bu yarışda neytral statusda iştirak edirlər.
Məlumata görə, insident Mamiaşvili ilə 74 kq çəki dərəcəsində Albaniya yığmasını təmsil edən osetin əsilli güləşçi Çermen Valiyev arasında olub.
Mənbənin məlumatına görə, Valiyevin məşqçisi Kaxaber Dzukayev bildirib ki, mükafatlandırma zamanı Mamiaşvili Valiyevə “satqın” deyərək onu açıq şəkildə təhqir edib. O, qızıl medalı hirslə idmançının boynuna taxıb.
Buna cavab olaraq Valiyev Mamiaşvilinin əlini itələyib.
Hadisənin şahidlərindən biri Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov olub. O, Rusiya nümayəndəsinin davranışından hiddətlənərək mübahisəyə qoşulub. Şahidlərin sözlərinə görə, qalmaqal "səhnə arxasında" da davam edib.
Qeyd edək ki, 74 kq çəki dərəcəsinin finalında Çermen Valyev məhz Rusiya təmsilçisi Zaurbek Sidakova qalib gələrək Avropa çempionu adını qazanıb.
Ciddədə "El Klasiko"
Azərbaycan çempionları müəyyənləşdi
"Fənərbaxça" "Qalatasaray"a qalib gəldi, Superkuboku qazandı
Bonifase əməliyyat olunacaq
"Bavariya" 16 yaşlı futbolçunu hədəf aldı
"Hesaba aldanmaq olmaz" - Andrey Demçenko
"Arsenal" 5 futbolçusu ilə müqaviləni uzadır
Van Deyk: "Daha bir neçə il oynayacağam"
"Araz-Naxçıvan"dan 7 qollu qələbə
"Ayaks" İbrahimoviçin oğlunu istəyir
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
"Roma" səhhətində problem yaranan futbolçunu satdı
"Qarabağ" da Türkiyəyə getdi - Şəkillər
"Çelsi"nin futbolçusu "Middlsbro"ya keçdi
"Fənərbaxça" qapıçısını icarəyə göndərdi
2 ay Mbappe, 2 ay Yamal
Vircil van Deyk karyerasını bitirirmi?
Mətbuat konfransında qalmaqal - Video
Dembele maaşının iki dəfə artırılmasını istəyir
"Zirə" Antalyaya yollandı - Şəkillər