Azərbaycan millisi ilk oyunda qələbə qazandı (YENİLƏNİB)

Azərbaycan millisi ilk oyunda qələbə qazandı (YENİLƏNİB)
XƏBƏR 10 May 2011 / 14:44 2392
-  A +

Moldovanın Kişinyov şəhərində təşkil olunmuş "FA of Moldova Cup" turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Qol.Az-ın məlumatna görə, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşıb.
 
İlk hissədə zəif təsir bağışlayan yığmamız qapısında qol görüb. Fasiləyə minimal hesablı məğlubiyyətlə yollanan Təbriz Həsənovun komandası ikinci hissədə dönüş yaratmağa müvəffəq olublar. İkinci hissədə 2 qol vuran yığmamız ilk görüşündən qələbə ilə ayrılıb.

Azərbaycan millisinin start heyəti: Əyyub Əliyev, Elvin Camalov, Şirməhəmməd Məmmədov, Sadiq Quliyev, Adil Nəbiyev, Kamran Abdullazadə, Kənan Manafov, Qurbanəli Əliyev, Orxan Əliyev, Ruslan Abdullayev, Ruslan Nəsirli  


10 may

13:00. Azərbaycan - Litva - 2:1
Qollar:
Orxan Əliyev, 50-p (1:1), Kənan Manafov, 56 (2:1) 

Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu