Turnirin qalibləri mükafatlandırıldı

Turnirin qalibləri mükafatlandırıldı
XƏBƏR 10 May 2011 / 10:49 1567
-  A +

AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin Azərbaycan futbolunun 100 illik yubileyinə həsr olunmuş dövlət və özəl müəssisələr (banklar, şirkətlər, holdinqlər və s.) arasında təşkil etdiyi mini-futbol turnirinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, üçüncü yer uğrunda oyunda İdman Azərbaycan kanalının "Telefortuna" komandası VTB Banka 5:4 hesabı ilə qalib gəlib. Finalda "Embawood"u 3:2 hesabı ilə məğlub edən "Viva" (SOCAR) turnirin qalibi adını qazanıb.

Oyunlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Qalib komandalara kuboklar, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner