"Tottenhem" klubunun təcrübəli sol cinah müdafiəçisi Qaret Beyl mövsümü erkən başa vurub. Qol.Az-ın məlumatına görə, Premyer Liqanın son turunda "Bləkpul"la görüşdə topuğundan ciddi zədə alan uelsli futbolçunun növbəti oyunlarda komandasına kömək edə bilməyəcəyi dəqiqləşib.
Beylin zədələnməsinə təəssüflənən "Tottenhem" klubunun baş məşqçisi Hari Rednap bu barədə belə deyib: "Belə görünür ki, Beyl topuğundan ciddi zədə alıb. İnanmıram ki, o bu mövsüm komandaya kömək edə bilsin. Demək olar ki, Beyl üçün mövsüm artıq başa çatıb. O, artıq indidən yeni mövsüm haqda düşünə bilər".
Qeyd edək ki, 2007-ci ildən "Tottenhem"in şərəfini qoruyan Qaret Beyl meydana çıxdığı 77 oyunda 12 dəfə fərqlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi