"Yaxşı başa düşürük ki, bu gün iki xal itirdik. İlk hissədə ehtiyatlı idik. İkinci hissədə bir qədər yaxşı oynadıq. Amma bir qol çatışmadı".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 29-cu turunda "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- "Turan Tovuz" son 5 oyuna cəmi 2 xal toplayıb. Avrokuboklara yollanmaq nə dərəcədə realdır?
- Bu barədə düşünürük. Oyunçularla da danışırıq. Ümid edirik ki, növbəti oyunlarda daha yaxşı oynayacağıq.
- Oyundan sonra Veysəl Rzayevlə azarkeşlər arasında insident oldu. Bu haqda məlumatlısınız?
- Xeyr, məlumatımız yoxdur.
- Tural Bayramlını ümumiyyətlə siyahıdan çıxarmısınız? Ona güvəniniz yoxdur?
- Xeyr, rəqabət çox güclüdür. Hamını eyni anda meydana buraxmaq olmur.
- Anton Kraçkovski hansı məqsədlə gətirilib komandaya? Bu gün də oynamadı...
- Xəstə idi. Amma xəstələnməsəydi, onun haqda da düşünürdük.
- Bundan əvvəlki oyunlarda da onu meydanda görmürük. Səbəbi var?
- Bu, elə mövqedir ki, rəqabət yüksəkdir. Özü də legionerdir.
- Qışda gətirilən futbolçular ya oynamır, ya da özlərini yaxşı göstərmir. Məsuliyyəti kimin üzərinə atmaq olar?
- Deməzdim ki, uğursuz transferlərdir. Hurtado və Jo süni meydançaya cəld reaksiya verirlər, yaxşı təsir etmir. (sportal.az)
"Yuventus"da itki
Toral oynadı, komandası qalib gəldi
“Real”la münaqişəyə görə vəzifəsindən gedə bilər
Ronaldo millidəki davranışına görə cəzalandırıldı
UEFA FİFA-dan hesabat tələb etdi
Flik Arda Gülerin epizodunu şərh etməkdən yayındı
“Məni komandamın performansı maraqlandırır” - Dambrauskas
“Çempionlar Liqasında hər şey fərqlidir” - Zedadka
"Sabah"ın bütün futbolçularını araşdırmışam"
"Borussiya"nın "Sabah" hazırlığından - Şəkillər
“Liverpul”un 2 futbolçusu sıradan çıxdı
1-ci liqada həftənin hakimləri məlum oldu
Mbappe Avropanın ən yaxşı futbolçusu seçildi
Şirvanda qalib müəyyənləşmədi
Azərbaycan atleti Avropa birinciliyində 3 medal qazandı
Azərbaycan millisi UEFA İnkişaf Turnirinə bu heyətlə gedir