Mövsümün sonunda "Bavariya" klubu ilə müqaviləsi başa çatacaq türkiyəli futbolçu Həmid Altıntopun "Real"a keçəcəyi yenidən gündəmə gəlib. Qol.Az-ın İspaniya mətbuatına isitinadən verdiyi məlumatına görə, Altıntopun "Real"la 4 illik müqavilə imzalayacağı bildirilir.
Məsut Özildən sonra türk futbolçuların transferinə start verən "Real" rəhbərliyi Altıntopu universal bir oyunçu kimi dəyərləndirib. Altıntopun hər mövqedə inamlı çıxış etməsi Madrid təmsilçisinin diqqətini cəlb edib.
Məhz bu cəhətinə görə "kral klubu" 28 yaşlı futbolçunu transfer etməyi lazım bilir. Mövsümün sonunda "Bavariya"dan ayrılmağı düşünən Altıntopun da "Real"ın təklifini müsbət qarşıladığı bildirilir.
Qeyd edək ki, 2007- ci ildən "Bavariya" klubunun şərəfini qoruyan Altıntop meydana çıxdığı 73 oyunda 18 dəfə fərqlənib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi