Nduka Pereyranı Superliqaya çıxardı

Nduka Pereyranı Superliqaya çıxardı
XƏBƏR 9 May 2011 / 00:01 2459
-  A +

Türkiyənin "Mersin İdman Yurdu" klubu 28 ildən sonra Superliqaya vəsiqə qazanıb. Qol.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" buna I Liqanın sonuna 1 tur qalmış nail olublar.

Mersin komandası 33-cü turda öz meydançasında "Boluspor"u məğlub edib - 2:0. Qolları Adəm Büyük və Nduka Ozokvo vurub. Bununla da xallarını 58-ə yüksəldən "Mersin İdman Yurdu" "Samsunspor"un ardından Superliqaya yüksələn ikinci komanda olub.

Qeyd edək ki, "Mersin İdman Yurdu"nda Azərbaycan yığmasının sabiq müdafiəçisi Ernani Pereyra da çıxış edir.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner