"Turan"ın futbolçularının psixoloji durumu yaxşı deyil

"Turan"ın futbolçularının psixoloji durumu yaxşı deyil
XƏBƏR 8 May 2011 / 19:56 1762
-  A +

"Turan" klubunun baş məşqçisi Asim İbrahimov Premyer Liqanın 30-cu turunda "Qəbələ"yə 0:1 hesablı məğlubiyyəti şərh edib. Qol.Az-ın məlumatına görə, İbrahimov komandasının psixoloji durumunun qaydasında olmadığını açıqlayıb. 

"İlk hissədə istədiyimiz oyunu göstərə bilmədik. İlk hissədə əks-hücumda oynamaq istəyirdik, amma hesabda məğlub duruma düşdük. İkinci hissədə komanda daha yaxşı təsir bağışladı, futbolçuların psixoloji durumu yaxşı olmasa da, ikinci hissədə yaxşı çıxış etdik" deyə yeni baş məşqçi bildirib.

Daha çox


Son xəbərlər