Bu gün keçirilən Premyer Liqanın 30-cu turunun «Neftçi» - «İnter» oyunundan (0:0) sonra qonaqların baş məşqçisi Kaxaber Sxadadze jurnalistlərin suallarını cavablandırıb.
Qol.Az-ın məlumatına görə, gürcüstanlı mütəxəssis ilk öncə çempion adını qazanması münasibətilə «Neftçi»ni və Arif Əsədovu təbrik edib: «Neftçi»nin çox güclü ehtiyat oyunçuları var».
Sxadadze deyib ki, mövsümün sonunda sıx qrafik olduğundan komandasında hər bir matçda eyni futbolçular oynayıb: «Bu gün azarkeşlər çox sürətsiz və baxımsız oyun izlədilər. Buna görə gərək bizi bağışlayalar. Qarşıdakı turda dördüncü yeri müəyyən edəcək AZAL-la vacib oyunu düşünürük».
Sxadadze buna qədər futbolçularının göstərdikləri nəticələrə görə onlara təşəkkür edib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi