"Qəbələ"nin mənimlə maraqlandığını gizlətmirəm". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı"nın hücumçusu Vaqif Cavadov jurnalistlərə deyib.
Futbolçu hazırkı klubu ilə müqaviləsi olduğunu və hansısa komandada çıxış edəcəyinin dəqiqləşmədiyini bildirib: "Mənim "Bakı" ilə mövsümün sonuna kimi müqaviləm var. Bilirəm ki, "Qəbələ" mənimlə maraqlanır. Ancaq heç bir klubla danışıq aparmamışam".
V.Cavadov karyerasını Niderlandda deyil, Azərbaycanda davam etdirmək istədiyini söyləyib: "Mövsümün sonunda müqavilə ilə məxsus olduğum "Tvente"yə qayıtmağı düşünmürəm. Əgər "Bakı" rəhbərliyi istəsə, komandada qalacağam. Hər şey mövsüm bitəndə məlum olacaq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi