"Bu oyunda qalib gəlmək istəyirdik. Məqsədimiz turnir cədvəlinin son pilləsindən qurtulmaqdır. Sırf nəticəyə oynadıq. Çünki, bizə 3 xal lazım idi". Qol.Az-ın məlumatına görə, bu sözləri "Simurq"la oyundan sonra MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.
Əliyev daha sonra oyun haqda belə danışıb: "Vurduğumuz qoldan sonra müdafiəyə çəkildik və hesabı qoruduq. Əks-hücum taktikası seçmişdik, təəssüf ki, hücumçularımız bir neçə qol imkanından yararlana bilmədi. Əzmkar oyuna görə futbolçularıma təşəkkür edirəm".
Qeyd edək ki, Premyer Liqanın 30-cu turunda MOİK öz meydanında Zaqatalanın "Simurq" klubunu 1:0 hesabı ilə məğlub edib.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi