Premyer Liqanın 30-cu turunda Zaqatalanın "Simurq" klubu səfərdə MOİK-lə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, rəqibinə 0:1 hesabı ilə məğlub olan "Simurq" klubunun baş məşqçisi Coko Hacıyevski oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"MOİK-i qələbə münasibəti ilə təbrik edirəm. Oyun bizim üçün artıq 30-cu dəqiqədə bitmişdi. Əli Bağırovun lazımsız yerə iki sarı vərəqə alması və meydandan qovulması oyunu tamamilə dəyişdi. Həmin ana kimi üstünlük bizim tərəfdə idi.
Lakin bu dəfə də hissənin sonlarında qol buraxdıq. İkinci hissədə hücumçuların sayını artırdıq. Bununla belə, 10 nəfərlə qol vurmaq çətindir. Ancaq bu gün nəticə qazanacağımıza əmin idim".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi