Premyer Liqanın 30-cu turunda AZAL klubu paytaxtın "Bakı" klubu ilə qarşılaşıb. Qol.Az-ın məlumatına görə, səfərdə rəqibinə 1:2 hesabı ilə məğlub olan AZAL klubunun baş məşqçisi Nazim Süleymanov oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib:
"Bu görüşdə 3 xal "Bakı"ya deyil, daha çox bizə lazım idi. Komandada 2-3 futbolçunun intizamsızlığına görə məğlub olduq. "Bakı" "altılıq"da zəif çıxış etsə də, bu gün yaxşı təsir bağışladı. Onlarda bəzi futbolçuların ustalığı hiss olunurdu. Futbolçularımın bəziləri komandaya tam uyğunlaşa bilmir. Sanki onlar çamadanlarını götürüb getməyə hazırlaşırlar.
Biz məşqçilər olaraq bütün futbolçuların komandaya adaptasiyasına çalışırıq. Ancaq bəzən onun fəsadlarını görürük. Həmin futbolçular may ayına qədər bu kluba məxsus olduqlarını anlamalıdırlar. Meydanda 90 dəqiqə oymamaq şərt deyil. Əsas odur ki, komandaya faydalı olsunlar. Rəhbərliklə bu barədə müzakirələr aparacağıq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu