"Atletiko" (Madrid) klubunun ulduz futbolçusu Serxio Aquero İspaniya mətbuatına verdiyi açıqlamaları ilə diqqət çəkib. Qol.Az-ın məlumatına görə, 22 yaşlı futbolçu Madridi tərk etmək haqda düşünmədiyini bildirib:
"Hələ ki, Madriddən ayrılmaq fikrində deyiləm. Əgər belə bir niyyətim olsa, bu barədə rəhbərliyə deyərəm və komandadan gedərəm. Ancaq hazırda bu haqda heç düşünmürəm. Müqaviləmi 2014-cü ilə qədər uzatmışam və bu müddətə qədər komandada qalmaq istəyirəm. Burada özümü çox xoşbəxt hiss edirəm".
Aquera eyni zamanda bir gün futbola başladığı Argentinanın "İndependente" klubuna da dönmək istədiyini gizlətməyib: "Karyeramı Argentinada, xüsusilə də "İndependente" klubunda bitirmək istərdim. Çünki mən bu klubun böyük azarkeşi olmaqla yanaşı, oranı çox gənc yaşımda tərk etmişəm. Ona görə, bu komanda əbədi olaraq mənim xatirəmdə qalacaq".
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu