"Mançester Yunayted" "Uembli"də "Barselona"nın qonağı olacaq

"Mançester Yunayted" "Uembli"də "Barselona"nın qonağı olacaq
XƏBƏR 7 May 2011 / 01:08 1984
-  A +

İspaniyanın "Barselona" klubu İngiltərənin "Mançester Yunayted" komandası ilə mayın 28-də Londondakı "Uembli" stadionunda keçirəcəyi Çempionlar Liqasının final matçında nominal meydan sahibi olacaq. Qol.Az-ın məlumatına görə, bu barədə İngiltərə paytaxtında baş tutan toplantıda qərar qəbul edilib.

Beləliklə, "Barselona" futbolçuları meydançaya "göy-narıncı" formada çıxacaqlar. "Mançester Yunayted" oyun öncəsi son məşqini yerli vaxtla 17:30-da, "Barselona" isə 19:00-da keçirəcək. Klubların hərəsinə 25 min bilet veriləcək.

Son xəbərlər