"Barselona"nın təcrübəli baş məşqçisi Pep Qvardiola karyerasını İtaliyada davam etdirə bilər. Qol.Az-ın məlumatına götrə, A seriyanın və ÇL-in son qalibi olan İtaliyanın "İnter" klubunun prezidenti Massimo Moratti Qvardiolanı komandaya gətirmək istədiyini açıqlayıb.
Qvardiolanın bir neç gün öncə mətbuata verdiyi açıqlamaları Morattinin bu istəyini daha da gücləndirib. Həmin vaxt Qvardiola "Bundan sonra karyeram ərzində "Barselona" kimi bir komanda tapmaq çox çətin olacaq. Bütün oyunçularıma minnətdaram və onlarla qürur duyuram" - deyə bildirmişdi. 40 yaşlı mütəxəssis bu sözləri ilə komandadan ayrılacağına bir işarə vermişdi.
Qvardiola məhz karyerasının ən yaxşı vaxtında "Barselona"dan ayrılmağı düşünür. O, futbolçu karyerasında olduğu kimi, hər şeyin zamanında edilməsinin tərəfdarıdır. Məhz buna görə də, Qvardiolanın mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilir.
Qeyd edək ki, Qvardiolanın 2015-ci ilə qədər "Barselona" ilə müqaviləsi olsa da, bu onun komandadan ayrılmasına əngəl törətməyəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu