Ağdamın "Qarabağ" klubu sabah vacib görüşdə "Xəzər Lənkəran"la qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, 2-ci yer uğrunda mübarizə aparan rəqiblər cari mövsüm 4-cü dəfə üz-üzə gələcəklər.
Ümumiyyətlə, Lənkərandakı görüş tərəflərin çempionatda sayca 18-ci qarşılaşması olacaq. Daha 2 görüşün də kubok çərçivəsində baş tutduğunu nəzərə alsaq, bu oyunun yubiley - 20-ci olduğunu görərik.
"Xəzər Lənkəran" - "Qarabağ" oyunu haqda ümumi statistikanı təqdim edirik:
-İndiyə kimi tərəflərin 19 oyunu baş tutub. 17 görüş çempionatda, 2 görüş isə kubokda
-17 görüşdə "Qarabağ" 8 qələbə qazanıb, 7 dəfə "Xəzər Lənkəran" 3 xala sevinib.
- Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 2 bərabərlik qeydə alınıb.
- Maraqlıdı ki, hər 2 oyunda qol vurulmayıb. Tərəflərin sonuncu oyununda məhz 2 haldan biri baş tutub.
- İqor Ponomaryov və Rasim Kara hər 2 iki komandanın baş məşqçisi olub. Ponomaryovlu "Qarabağ" məhz Karanın "Xəzər Lənkəran"na qarşı oynayıb. İlk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb.
- Rasim Karanın başçılığı altında "Qarabağ"ın "Xəzər Lənkəran"la görüşlərdə 2 məğlubiyyət 1 qələbəsi var.
- 2008/09 mövsümündə isə "Qarabağ" bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın "Xəzər Lənkəran"la qarşılaşıb və ilk səfər qələbəsi reallaşıb, 1:3.
- Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, "Qarabağ"ın başındaykən "Xəzər Lənkəran"a qarşı oynamayıb.
- Tərəflərin ilk dörd duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb.
- 2006/07 mövsümündə isə "Xəzər Lənkəran" Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb.
- Ən uzun qələbə seriyası isə "Qarabağ"a məxsusdur. 2008 və 2009-cu illərdə keçirilən 4 qarışlamada "Qarabağ" qalib tərəf olub.
- Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009-2010 mövsümündə 1/4 finalda "Qarabağ" evdə 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0-lıq qələbə ilə mərhələ adlayıblar.
- Çempionatlarda "Qarabağ" rəqibinə 18 dəfə, "Xəzər Lənkəran" isə 21 dəfə "Qarabağ"a qol vurub.
- Tərəflər ümumilikdə 43 qol vurublar. Yerli futbolçular 27, əcnəbilər isə 16 dəfə fərqləniblər.
- Tərəflərin duelində ilk qolu 2004/05 mövsümündə Vadim Vasilyev vurub.
- Maraqlıdı ki, 2004-cü ilin dekabrın 12-də baş tutmuş ilk görüşdə meydana çıxan Aslan Kərimov, Samir Abasov, Vüqar Nadirov indi də "Qarabağ"ın formasını geyinir. "Xəzər Lənkəran"da isə həmin oyunda tər tökmüş Alim Qurbanov 7 il sonra eyni komandanın şərəfini qoruyur.
- 19 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər.
- Duellər tarixində ən çox qolu Samir Əliyev ("Xəzər Lənkəran") və Rauf Əliyev ("Qarabağ") vurub.
- Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli Rauf hazırda "Qarabağ"ın şərəfini qoruyur.
- Rauf derbidə "Qarabağ"da dubl edən yeganə futbolçudur. "Xəzər Lənkəran"da isə Samir Əliyev, Entomoa və Zaur Ramazanov bunu bacarıb.
- Zaur Ramazanov hər 2 komandanın heyətində qol vuran yeganə futbolçudur.
- Hazırda "Qarabağ"ın formasında çıxış edən Zaur Həşimov və Rəşad Kərimov, "Xəzər Lənkəran"da isə Elnur Allahverdiyev, Şəhriyar Xəlilov, Alim Qurbanov əks düşərgədə forma geyinib.
- Zaur "Qarabağ", Alim isə "Xəzər Lənkəran" formasında sabiq komandasını məyus edib.
"Qarabağ" - "Xəzər Lənkəran" duellərində bütün oyunlar və qollar
2004-05
Ev: 3:1 (Vadim Vasilyev, 16. Samir Abasov, 18. Samir Musayev, 51 – Samir Əliyev, 21)
səfər: 0:3 (Samir Əliyev 34, 43. Rəşad Abdullayev, 74)
Mənbə: "Qarabağ"ın rəsmi saytı
2005-06
Ev: 2:1 (Müşfiq Hüseynov, 4. Samir Musayev, 29 p. – Samir Əliyev, 64)
Səfər: 0:2 (Alim Qurbanov, 54. Robert İlyeş, 73)
2006-07
Ev: 1:4 (Kənan Kərimov, 25 - Zaur Ramazanov, 29, 38. Edmond Entomoa, 42, 68)
Səfər: 0:2 (Rəşad Abdullayev, 60. Xorxe Diaz, 80)
2007-08
Ev: 2:0 (Vaqif Cavadov, 6. Zaur Həşimov, 19)
Səfər: 0:2 (Elmar Baxşiyev, 36. Juninyo, 61)
2008-09
Ev: 1:0 (Artim Şakiri, 85)
Səfər: 3:1 (Vaqif Cavadov, 54. Zaur Ramazanov, 68. Sedat Saini, 81 - Mario Souza, 90+3)
2009-10
Ev: 1:0 (Rauf Əliyev, 86)
Səfər: 0:0
Ev: 2:1 (Rəşad Sadıqov, 23. Rauf Əliyev, 35 - Mario Souza, 65) (Final mərhələsi)
Səfər:1:2 (Georgi Adamiya, 62 - Svetkov, 45 p. Mario Souza, 54) (Final mərhələsi)
2009-10 (k)
Ev: 2:1 (Rəşad Sadıqov, 59. Admir Teli, 90+3 – Opara, 20)
Səfər: 0:1 (Kabral, 15)
2010-11
Ev: 0:1 (Arbanas, 66)
Səfər: 2:1 (Rauf Əliyev 4, 75 – Alim Qurbanov,11)
Ev: 0:0
Səfər: - (Final mərhələsi)
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu