Bu qış "Qarabağ"dan Olavio Juninyonu transfer edən "Flamenqo" Rio De Janeyro kubokununda həlledici matça çıxıb.
QOL.az xəbər verir ki, komanda "Fluminense" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə yekunlaşıb. Lakin "Flamenqo" finalın ilk matçında 2:1 hesabı ilə qalib gəldiyi üçün çempion olub. "Flamenqo" tarixində 39-cu dəfə Rio De Janeyro kubokunu qazanıb.
Juninyo görüşə ehtiyatda başlayıb və meydana 85-ci dəqiqədə çıxıb. O, 87 və 90-cı dəqiqələrdə 2 qolun ötürməsini verib. Lakin bu qollar qayda pozuntusuna və oyundankənar vəziyyətə görə ləğv olunub.
Bu, Juninyonun Braziliyada qazandığı ikinci kubokdur. O, daha əvvəl Braziliya Superkubokuna yiyələnib.
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur