«Neftçi»nin Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin rəhbəri Elnur Əşrəfoğlu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə orijinal müraciət ünvanlayıb.
Qol.Az-ın müxbiri ilə söhbətində E.Əşrəfoğlu «Neftçi» ilə «Xəzər Lənkəran» arasındakı oyunda rəqibin futbolçusu Elnur Allahverdiyevə qarşı oynamaq istədiyini deyib.
Qeyd edək ki, artıq neçə vaxtdır iki Elnur arasında mətbuatda söz atışması davam edir. Bu dəfə isə tərəflər güclərini futbol meydançasında nümayiş etdirmək istəyirlər.
«Ramin Musayevə açıq şəkildə müraciət edirəm ki, "Xəzər Lənkəran"la oyunda mənim adımın «Neftçi»nin sifariş ərizəsinə salınmasına icazə versin. Bununla mən Elnur Allahverdiyevə şəxsən sübut edə bilərəm ki, meydançada nəyə qadirəm. Elnur mətbuatda mənim haqqımda deyib ki, işimin peşəkarı deyiləm. Amma mən Elnura göstərəcəyəm ki, nəinki öz işimin, eləcə də də onun işinin də ustadıyam. Əminəm ki, Allahverdiyev məni saxlaya bilməyəcək və «Xəzər Lənkəran»a qol vuracam. Əgər icazə olarsa, o, mənim nəyə qadir olduğumu görəcək. Amma onun həmin gün meydana çıxacağına da şübhə edirəm. Çünki Elnurun axır vaxtlar əsas heyətə düşməklə bağlı problemləri var».
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu