“İnter”in kapitanı Vladimir Levin Azərbaycan Kubokunun cavab qarşılaşması haqda təəssüratlarını klubun rəsmi saytına bildirib. Qol.Az-ın məlumatına görə, Levin həmçinin finalda qarşılaşacaqları "Xəzər Lənkəran"la oyuna da toxunub.
-Vladimir, oyun kifayət qədər mürəkkəb alındı. Bununla belə, komandaya qəlib gəlmək və kubokun finalına yüksəlmək müyəssər oldu. Bu qarşılaşma barədə sənin fikirlərini bilmək istərdik.
-Səmimi deyim ki, bu oyun bizim üçün çox vacib idi. Bizə təxminən iki ay ərzində qalib gəlmək müyəssər olmurdu və bu qələbə çox lazımlı idi. Hazırda məni qələbənin yalnız müsbət emosiyaları və sevinci əhatə edir. İndi Azərbaycan Kubokunda uğur üçün bizə bir addım atmaq qalır.
-Görünürdü ki, AZAL “İnter”dən belə başlanğıc gözləmirdi. Sürətli qolun vurulması komandanın qalib gəlməsində vacib rol oynadığı fikrilə razısan?
-Müəyyən qədər razıyam. Axı, buraxılmış qoldan sonra AZAL bizə açıq zona qoyaraq hücum etməyə məcbur oldu. Bunun nəticəsində də bizim qol vəziyyətlərimiz yarandı, komanda yenə də qol vura və üstünlüyü artıra bilərdi. Lakin fikirləşirəm ki, biz sürətli qolsuz da tapşırığı yerinə yetirəcəkdik.
-Bu qələbə həm də onunla əlamətdar oldu ki, cari mövsümdə AZAL “İnter” üçün keçilməz baryerə çevrilib. Bu matçadək keçirilmiş 4 qarşılaşmada “İnter” bu komandaya qalib gələ bilməmişdi...
-Bəli, hətta mən deyərdim ki, bu ildə bizim AZAL sindromu yaranmışdı. Biz heç cür onlara qalib gələ bilmirdik, lakin hər şeyin bir sonu olur. Yaxşı ki, bu komandanı belə vacib qarşılaşmada məğlub etməyi bacardıq. Qeyd etmək istəyirəm ki, əvvəlki matçlarda da biz bu komandadan heç nədə geri qalmırdıq, hətta bəzi matçlarda üstünlüyə sahib olmuşduq.
Xatırlayırsınızsa, 0-5 hesablı məğlub olduğumuz matçın birinci hissəsi heç-heçə başa çatmışdı və həmin hissədə biz çox sayda qol vəziyyətlərindən istifadə edə bilməmişdik. Yəni bu qarşılaşmanın ssenarisi başqa cür olmalıydı.
-Komanda kubokun finalına yüksəldi və bu mərhələdə onu “Xəzər-Lənkəran”la oyun gözləyir. Bu oyun və rəqib barədə nə deyə bilərsən?
-Bizi çox mürəkkəb oyun gözləyir. Düşünürəm ki, matç çox parlaq və baxımlı olacaq. Hər iki komanda kuboku qazanmağa layiqdir, lakin mükafatı finalçılardan biri alacaq. Buna görə də, demək istəyirəm - qoy, güclü qalib gəlsin!
"Mən səni çox sevirəm"
Mbappenin durumu müəyyənləşdi
FİFA “The Best”i ləğv edir - Yeni mükafat yaradılır
Roberto Karlos ürəyindən əməliyyat olundu
“Fənərbaxça”da yeni prezident seçkisi
40 yaşlı futbolçu "uzunömürlülük" sirrini açıqladı
"Yuventus"un futblçusunun "Cenoa" arzusu baş tutmadı
Ştegen yalnız bu şərtlə "Barselona"dan ayrılmağa hazırdır
"Roma" yarımmüdafiə xəttini onunla gücləndirməyi hədəfləyir
Sabiq futbolçuya ərəblərdən təklif gəldi
Kurtua ayın ən yaxşısı seçildi
"Şamaxı"nın legioneri oynadı, komandası pley-offa yüksəldi
“Suallarımız cavabsız qalanda məyusluq oldu” - Video
Mbappe ÇL-in ən yaxşısıdır
Ronaldo 16 il sonra ilk dəfə...
"Mançester Yunayted" xal itrdi - Video
A seriyasında yeni qərar
"Arsenal"ın 4 qollu qələbəsi - Video
Seneqal Afrika Millətlər Kubokunun pley-offunda
Misli Premyer Liqasında 101 debüt
"Mançester Siti"dən "Borussiya"ya keçə bilər
"Qalatasaray" futbolçusu ilə sağollaşır
İspaniya klubu azarkeşlərlə bağlı ciddi tədbir gördü
Premyer Liqada cari mövsümdə 36 penalti, 29 qol qeydə alınıb
"Arsenal" çempionluq yolunda itki ilə üzləşdi
"Fənərbaxça" "Milan"ın təklifini rədd etdi
“Qarabağ”da 2025-ci ildəki - 11 önəmli hadisə
FİFA prezidenti: ofsayd qaydalarında dəyişiklik ola bilər
"Real"ın futbolçusu İngiltərəyə qayıda bilər
Baklov "Turan Tovuz"un qapısını inamla qorudu
Kubok oyununda azı 3 qol vurdular
"Qarabağ"ın rəqibi məşqçisi ilə yollarını ayırdı
Klişi Mbappenin klubunun baş məşqçisi oldu