Dünən Naci Şensoyla yollarını ayıran "Turan" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib. Qol.Az-ın məlumatına görə, "Turan"a komandanın uşaq-futbol məktəbinə rəhbərlik edən Asim İbrahimovun başçılıq edəcəyi dəqiqləşib.
Bu isə o deməkdir ki, "Turan"ı qarşıdakı 3 oyuna məhz İbrahimov çıxaracaq. Klub rəhbərliyinin köməkçi məşqçi Sakit Alıyevə güvənəcəyi gözlənilsə də, baş məşqçi postu İbrahimova həvale olunub.
Qeyd edək ki, "Turan"ın yeni baş məşqçisi bu gün komanda üzvlərinə təqdim edilib. İbrahimov hələlik mövsümün sonuna qədər komandada baş məşqçi kimi fəaliyyət göstərəcək.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu