"Bakı" ilə oyunun Rahid Əmirquliyev üçün əhəmiyyəti

"Bakı" ilə oyunun Rahid Əmirquliyev üçün əhəmiyyəti
XƏBƏR 6 May 2011 / 10:52 1955
-  A +

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə oyunu “Xəzər Lənkəran” klubunun futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olub. Qol.Az-ın məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi birdən-birə 3 əlamətdar hadisəyə sevinib.
 

Tarixi oyun
 
2006-cı ilin yayında “Şahdağ” klubundan transfer olunan 17 yaşlı gəncin “Xəzər Lənkəran”ın rəmzlərindən birinə çevriləcəyinə inananlar bəlkə də çox deyildi. Lakin klub rəhbərliyi də, bir-birini əvəzləyən baş məşqçilər də istedadlı yarımmüdafiəçinin bacarığına güvəndilər. 5 il əvvəl avqustun 11-də Lənkəran şəhər stadionunun açılışında “Neftçi” ilə qarşılaşma təkcə baş məşqçi Ağasəlim Mircavadovun deyil, həm də Rahidin debüt matçı olub.

Həmin qarşılaşmanın 78-ci dəqiqəsində Zaur Ramazanovu əvəzləyən Əmirquliyev artıq 3-cü “əlli”ni qatlayıb. Kubokun “Bakı” ilə görüşü Rahidin “Xəzər Lənkəran” formasında 150-ci matçı olub. O, Rəşad Abdullayev və Alim Qurbanovdan sonra bu həddə çatan 3-cü futbolçu kimi tarixə düşüb. Gənc yarımmüdafiəçi debütdən 150-yədək olan yolu 1727 günə qət edib.
 
Rahid Əmirquliyevin “Xəzər Lənkəran”dakı bütün oyunları

2006/07 mövsümü – 25 oyun (7 qol)
Çempionat – 17 (5)
Kubok – 8 (2)
2007/08 mövsümü – 29 (5)
Çempionlar Liqası – 2
Çempionat – 16 (1)
Kubok – 5 (1)
Birlik kuboku – 6 (3)
2008/09 mövsümü – 29 (4)
UEFA kuboku – 2
Çempionat – 24 (4)
Kubok – 3
2009/10 mövsümü – 32 (1)
Çempionat – 27 (1)
Kubok – 5
2010/11 mövsümü – 35 (1)
Avropa Liqası – 2
Çempionat – 28
Kubok – 5 (1)
Cəmi: 150 (18)
Çempionat – 112 (11)
Kubok – 26 (4)
Avrokuboklar – 6
Birlik kuboku – 6 (3)
 
Tarixi qol
Əmirquliyev özü öz yubileyinə yaxşı hədiyyə edib. Vurduğu qolla komandasını finala daşıyacaq qolun müəllifi kimi tarixə düşüb. Məhz yarımmüdafiəçinin səfər qolu yarımfinalın taleyini həll edib. “Xəzər Lənkəran” karyerasında 18-ci qolunu vuran Rahid klub tarixinin 5-ci bombardiri olub. Hələlik o, bu mövqeni Oqtay Dərəlioğlu, Rəşad Abdullayev və Vüqar Nadirovla bölüşür. Bu 4-lük 18 qol vurmaqla yalnız ən yaxşı 4 bombardirdən geri qalır: Zaur Ramazanov – 44, Samir Əliyev – 34, Mario Souza – 26, İvan Svetkov – 24.
 
Həsrətin sonu
Rahidin “Xəzər Lənkəran” karyerasına baxdıqda onun məhsuldarlığı ildən-ilə, mövsümdən-mövsümə aşağı düşüb. Son 2 mövsümdə 1-dən artıq qol vurmayan yarımmüdafiəçi 2010/11-də ilk dəfə fərqlənib. Bu da mövsümdəki 35-ci qarşılaşmasına təsadüf edib. “Bakı” ilə yarımfinalın taleyini həll edən futbolçu son qolunu ötən mövsümdə vurmuşdu. O, çempionatın 16-cı turunun 2009-cu il dekabrın 19-dakı görüşündə fərqlənmişdi. “Qəbələ” ilə matçda komandaya 1:0 hesablı qələbə qazandıran Rahid 501 gündən sonra rəqib qapısına yol tapıb.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner