Daha bir türk futbolçu Dortmund "Borussiya"sında

Daha bir türk futbolçu Dortmund "Borussiya"sında
XƏBƏR 6 May 2011 / 00:40 2557
-  A +

Almaniya Bundesliqasında çempionluğu təmin etmiş Dortmundun "Borussiya" klubu "Nürnberqdə çıxış edən türk əsilli futbolçu İlkay Gündoğanla müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, bu barədə "Borussiya"nın idman direktoru Mixael Tsork bildirib.

O, İlkayla 4 il müddətinə anlaşdıqlarını açıqlayıb. Yeni transfer Dortmund komandasına iyunun 29-da qoşulacaq. "Nürnberq"lə 4 illik müqaviləsi olan 21 yaşlı yarımmüdafiəçinin keçidi "Borussiya"ya 4 milyon avroya başa gəlib.  

Qeyd edək ki, Dortmund "Borussiya"sında çıxış edən daha bir türk əsilli futbolçu Nuri Şahinin İspaniyanın "Real" klubu ilə anlaşdığı bildirilir. İlkay gündoğan məhz Nurinin mövqeyinə alınıb.  

Son xəbərlər