“Neftçi” Premyer Liqanın 31-ci turunda “Qarabağ”la səfər matçının Ağdamın Quzanlı qəsəbəsi stadionunda keçirilməsinə rəsmən müsbət cavab verib. Bunun üçün lazım olan bütün sənədləşmə işləri hazırlanaraq AZAL-la oyun öncəsi PFL-ə təqdim olunub”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov deyib.
Süleymanov deyib ki, “Neftçi”nin Quzanlı qəsəbə stadionunda oynamaq istəyi təkcə futbolun bölgələrdə inkişafı ilə məhdudlaşmır: “Bunun eyni zamanda həm mənəvi, həm də psixoloji tərəfləri də var. Azərbaycanda çıxış edən legioner futbolçular da cəbhə bölgəsinə gedərək bir növ Ağdam camaatını ölkədə futbolun inkişafı ilə ruhlandırmış olacaq. Ola bilər ki, Ağdamdakı şərait qənaətbəxş olmasın. Lakin bu problem təkcə həmin bölgəyə aid deyil. Biz Tovuza oynamağa gedərkən Gəncədə və yaxud Qazaxda məskunlaşırdıq. Ancaq biz yol getmək, oteldə qalmaqla bağlı problemləri qabartmırdıq. İndi Quzanlı stadionunda ot örtüyü ideal vəziyyətə gətirilib və oyunun keçirməsi ilə bağlı heç bir problem görmürük. Gələn mövsümdən “Qarabağ”ın bütün ev oyunlarını Ağdamda keçirməsini arzu edirik. Düşünürəm ki, bu “Qarabağ”ın növbəti mövsüm çempion adını qazanması yolunda böyük stimul olar”.
T.Süleymanov bildirib ki, “Qarabağ” – “Neftçi” oyununun Quzanlıda keçirilməsi çoxdandır futbolsuz qalan Ağdam sakinləri üçün böyük bayram ola bilər.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı