Ölkə kubokunun finalına vəsiqə qazanan Bakının «İnter» klubunun prezidenti Georgi Nikolov həlledici oyunun Azərbaycanın bölgələrindən birində - İmişli, Zaqatala, Yevlax və ya Ağdamın Quzanlı qəsəbəsində keçirilməsini təklif edib.
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə Qol.Az-ın müxbiri ilə söhbətində deyib ki, hələlik bölgələrdəki şərait bu matçı qəbul etməyə imkan vermir. «Yalnız Lənkəran stadionunda final oyununu keçirmək olar. Amma bildiyiniz kimi, «Xəzər Lənkəran» finala vəsiqə qazanıb. Bu dəqiqə oyunun Lənkəranda keçirilməsi barədə qərar versək, düzgün anlaşılmaz» - deyə R.Musayev bildirib.
R.Musayev final oyununun Gəncə stadionunda keçirilməsini istədiyini deyib: «Biz böyük məmnuniyyətlə final oyununu Gəncədə təşkil edərdik. Amma təəssüf ki, hazırda Gəncə stadionu belə yarışı qəbul etməyə hazır deyil. Orada tribunalar və ot örtüyünün durumu bu gün istənilən səviyyədə deyil. Bu mənada, hələlik final oyununu keçirmək üçün ən ideal variant Tofiq Bəhramov adına Respublika stadionudur» - deyə o qeyd edib.
"Karvan-Yevlax"dan getdi
Kurt Zuma BƏƏ klubunda
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı